Namiqin Almaniya arzusu puç oldu - Gördüm ki, mən gələndə o alqış, hörmət olmayacaq

 11:45 21.11.2019     30

Evlilik məni çox dəyişib. İlk növbədə, əvvəllər hansısa addımı atırdımsa, artıq bunu etmirəm. Maddi baxımdan artıq özünü fikirləşməyə başlayırsan. Adını daha çox qorumağa başlayırsan.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu İTV-də yayımlanan "Fatehin divanı" proqramında deyib.

O, Almaniyaya köçmək arzusundan söz açıb:

"Ən sevdiyim ölkə Almaniyadır. Köln şəhərində olmuşam. Bir ara ora köçmək istəyirdim. Getdim 15 gün bir evdə qaldım ki, görüm sakin kimi yaşaya bilirəm? Gördüm ki, mən gələndə o alqış, hörmət olmayacaq. Ona görə də fikrimdən daşındım".

Milli.Az

 
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/803991.html