Bakıda iki avtomobil TOQQUŞDU: ölənlər və yaralananlar var

 09:47 22.11.2019     66

Bakıda ağır yol qəzası baş verib.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1995-ci iltəvəllüdlü Kazımov Mirismayıl Davud oğlu idarə etdiyi "Mercedes" markalı 90 US 409 dövlət nömrə nişanlı avtomobillə qarşı yola çıxaraq həmin yolla hərəkətdə olan 1960-cı il təvəllüdlü Abdullayev İsmayıl Aliqulu oğlunun idarə etdiyi "Mercedes" markalı 10 ZD 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə "Mercedes"də olan sərnişinlər - 1958-ci il təvəllüdlü Məmmədova Kifayət Paşa qızı və 1984-cü il təvəllüdlü Abbasov Surxay Uğurlu oğlu hadisə yerində ölüb, hər iki sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. (trend)


Xəbərin mənbəyi: https://publika.az/news/hadise/296872.html