Heydər Əliyev prospektində qəza - Hər iki istiqamətdə tıxac yarandı - FOTO

 10:51 22.11.2019     49

Bakının əsas prospektlərindən birində baş verən qəza nəticəsində yol bağlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,hadisə Heydər Əliyev prospektində (Dövlət Neft Fondu binası yaxınlığında) üzü Koroğlu metrosu istiqamətində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində yol infrastrukturuna da ziyan dəyib.

Hadisə yerinə təcili tibbi yardım briqadası da cəlb olunub. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/incedent/804271.html