Göygöldə kişi meyiti tapıldı

 23:26 22.11.2019     36

Göygöldə bir neçə gün əvvəl ölən kişinin meyiti aşkarlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Balçılı kəndi ərazisində Kəhriz adlanan yerdə Daşkəsən rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar İmanovun meyiti tapılıb.

O, Gəncə şəhəri Natavan qəsəbəsində yaşayırmış. Meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/society/804541.html