“Nurlu Sabah Gənclərə Qayğı” təşkilatı Kaliforniyada Xocalı aksiyası keçirdi

 17:58 26.02.2022     616

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi Kaliforniyada “Xocalı - 30” layihəsini gerçəkləşdirib.

Redaktor.az xəbər verir ki, Azərbaycanın Qeyri-Hökumət Təşkilatı “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Şimali Kaliforniya Mədəniyyət Mərkəzi ilə birgə “Xocalı - 30” layihəsini həyata keçirib. 

Layihə Kaliforniyanın San Xose şəhərində gerçəkləşdirilib. Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız videoçarx vasitəsi ilə Xocalı soyqırımı zamanı baş verənləri bir daha xatırlayıb, hüznlə anıblar. 

İcma üzvləri və “Nurlu Sabahın Gənclərə Qayğı” ictimai birliyinin təsisçisi, beynəlxalq jurnalist Minarə Xəlilova San Fransisko şəhərində yerləşən, Birləşmiş Millətlər Təşkilatının ilk nizamnaməsinin qəbul edildiyi “Müharibə və Sülh” memorialının qarşısında “Xocalıya ədalət”, “Dünyaya sülh” çağırışı ediblər.

22