Şəmkir Gənclər Mərkəzində “Uşaqlar üçün Ədliyyə” mövzusunda maarifləndirici təlimlər keçirildi
Şəmkir Qadın Resurs Mərkəzi Şəmkir Gənclər Mərkəzi ilə əməkdaşlıq çərçivəsində bir sıra təlimlər təşkil edərək, məktəblilərin uşaq hüquqları haqqında maarifləndirilməsini təmin etmişdir. “Uşaqlar üçün Ədliyyə” mövzusunda keçirilən bu davamlı təlimlər, uşaqların hüquqlarının qorunması və onlara qarşı zorakılıqların qarşısının alınması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Təlimlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin, Gənclər Mərkəzinin əməkdaşları, İctimai Birliyin üzvləri və rayonun hüquq-mühafizə orqanlarının işçiləri iştirak etmişdir. Təlimlər zamanı uşaq hüquqları, uşaqlara qarşı zorakılıqların qarşısının alınması, bu kimi hallara qarşı mübarizə üsulları, tətbiq edilən cəzalar və digər aktual mövzularda iştirakçılara məlumatlar verilmiş, geniş müzakirələr aparılmışdır.
Bu maarifləndirici tədbirlər, uşaqların hüquqlarının qorunması üçün cəmiyyətin müxtəlif təbəqələrinin bir araya gəlməsini və bu məsələlərə dair məlumatlılığı artırmağı hədəfləmişdir. İctimai Birlik və Şəmkir Gənclər Mərkəzinin birgə səyləri ilə həyata keçirilən bu təlimlər, uşaqların hüquqlarının müdafiəsi və onlara qarşı zorakılığın qarşısının alınması sahəsində önəmli addım olmuşdur.