Elzanın avtomobilini cərimə meydançasına apardılar

 20:35 22.06.2020     4155

Əməkdar artist Elza Seyidcahanın avtomobili cərimə meydançasına aparılıb.

Redaktor.az xəbər verir ki, Elza Seyidcahan "Bizimləsən" verilişində bu haqda məlumat verib:

"Verilişə taksi ilə gəlmişəm. Cəriməm az idi. Sığortaya getməmişəm və 20 gündən bir faiz gəlib. 5400 manat cəriməm var idi, 3000-i ödəmişəm, 2400-ü qalıb. Cəriməni ödəməliyik, karantin zamanı çətindir. Etibarnamə ilə sürücüm də avtomobilimi sürüb.

Gündə dörd canlı efirə çıxıram. Mənim maşında paltarlarım var. Qanunu pozmamışam və ödəmədiyim pullarını faizi gəlib. Mənə avtomobilsiz çox çətindir. Maşınımı Səbail rayonuna aparıblar".