Abbas Bağırovun ailəsində ağır itki

 11:31 01.07.2020     2504

Əməkdar artist Abbas Bağırovun ailəsində ağır itki üz verib.

Redaktor.az-ın məlumatına görə, müğənninin 93 yaşlı nənəsi Minarə xanım dünyasını dəyişib.

"93 yaşın olsa beləŞ sənin hər zaman deyib-gülməyin, zarafatların o yaşı bildirmirdi. Mənim gözəl Minarə nənəm, bu səhər belə xəbər eşitmək istəməzdim. Dünən özün bilə-bilə hamımızla sağollaşdın və bu gün dünyanı dəyişdin", - deyə Abbas bildirib.

Qeyd edək ki, Abbas nənəsi ilə tez-tez videolar paylaşır, verilişlərə çəkilirdi.