“İnsanları diri-diri öldürmək lazım deyil” - Müğənni Elnarə

 23:45 08.07.2020     1604

Tanınmış müğənni Elnarə Xəlilova aparıcı Azər Qəribin karantinin uzadılması ilə bağlı iradına fikir bildirib.

Redaktor.az xəbər verir ki, o, yay günlərində evdə oturmağın çətin olduğunu bildirib:

"Ey bizim ölkənin həkimləri, birlik göstərmək vaxtıdır. Operativ Qərargaha, hörmətli TƏBİB-ə başa salın ki, camaata reseptlərdə vitamin D paylamaq lazım deyil. İnsanları diri-diri öldürmək lazım deyil. Buraxın hamı günəşdən Allahın verdiyi halal vitamin D-ni alsın". //Yenilik.az