Məşhur aktrisa bir neçə gündür yoxa çıxıb - FOTO

 14:22 09.07.2020     4965

ABŞ-da məşhur aktrisa Naya Rivera 4 yaşlı oğlu ilə Piru gölündə qayıq gəzintisinə çıxdıqdan sonra yoxa çıxıb.  Azyaşlı bir neçə saat sonra gəmidə tək tapılıb.

Redaktor.az xəbər verir ki,  “Glee” serialı ilə şöhrət qazanan 33 yaşlı aktrisa Naya Riveranın itkin düşmə xəbərləri ölkə gündəmini silkələyib.

N. Rivera çərşənbə günü Kaliforniyanın Venturada bölgəsində gəmi icarəyə götürüb. Bundan sonra 4 yaşlı oğlu ilə Piru gölünə gedən gənc aktrisadan heç bir xəbər yoxdur.

Yerli vaxtla saat 16:48-də azyaşlı ətrafdakı insanlar tərəfindən kirayə qayıqda tək tapılıb. Oğlan anası ilə üzməyə getdiklərini, lakin onun bir daha geri dönmədiyini söyləyib.

Axtarış və xilasetmə işləri davam etdirilir. Aktrisanın boğulma və ya intihar nəticəsində ölmədüyü ehtimal olunur. 

Sevda Ulutau / Redaktor.az