Billi Aylişin anası qızının qeyri-adi asılılığından danışıb

 06:17 11.07.2020     1257

Məşhur amerikalı müğənni Billi Ayliş uşaq vaxtı kanadalı müğənni Castin Biberin xəstəlik səviyyəsində pərəstişkarı olub. Buna görə, valideynləri Billini hətta müalicə etdirmək istəyiblər.

Redaktor.az xəbər verir ki, bunu ifaçının anası Meqqi Okonnel etiraf edib.

“Biz həqiqətən səni psixoloqun qəbuluna aparmaq istəyirdik. Castin Biberə görə o qədər əziyyət çəkirdin ki...".

Ananın sözlərinə görə, Biberin “As Long As You Love Me” mahnısını dinləyən zaman Ayliş göz yaşlarını saxlaya bilmirmiş.

Qeyd edək ki, hazırda hər iki müğənni dost münasibətindədir və hətta “Bad Guy” hiti üçün birlikdə musiqi yazıblar. //Big.az