Məşhur aktyor xəstəxanaya yerləşdirildi - KORONAVİRUS

 12:48 12.07.2020     3587

Hindistanlı aktyor Amitabh Baççan koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Redaktor.az-ın məlumatına görə, o,  bu barədə öz "Twitter" səhifəsində bildirib.

"COVID-19 ilə bağlı testimin nəticəsi pozitivdir, xəstəxanaya köçürüldüm. Son 10 gün ərzində mənimlə yaxın təmasda olan hər kəsdən xahiş olunur ki, testdən keçsin", -deyə aktyor bildirib.

Amitabh Baççan hind kinosu tarixinin ən titullu aktyorlarından biridir. O, 15 dəfə "Hind Oskarı" adlandırılan "Filmfare Awards" mükafatını qazanıb.