Məşhurlar karantin vaxtı Türkiyədə istirahət edir: Sadə insanlar isə... / VİDEO

 15:15 12.07.2020     3586

Daha bir neçə azərbaycanlı məşhur Bakı-İstanbul-Bakı xüsusi reysindən istifadə edərək, Türkiyəyə istirahətə yollanıb.

Redaktor.az xəbər verir ki, Azərbaycanda iyulun sonuna kimi sərt karantin rejimi hökm sürəcək. Bu müddətdə çimərliklər və istirahət zonaları qapalı olacaq. Yerli məşhurlar bu vəziyyəti fürsətə çevirərək, yayın qalan hissəsini səmərəli keçirmək üçün Türkiyəyə gedirılər.

Ulduzlar istirahət zamanı çəkilmiş şəkillərini həvəslə "Instagram"da paylaşaraq sərt karantinin qaydalarına uymaq məcburiyyətində qalan imkansız təbəqənin həsəd və hiddətinə səbəb olurlar.