Tanınmış aktrisa onları məhkəməyə verdi

 02:54 15.07.2020     1428

Türkiyənin tanınmış aktrisa İrem Sakın pərəstişkarını məhkəməyə verib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kadir Özcoşkun adlı şəxs İnstaqram hesabından mütəmadi olaraq aktrisanı narahat edən ismarıclar göndərib.

Aktrisa pərəstişkarının hesabını qara siyahıya atdıqdan sonra həmin şəxs İremin "Whatsapp"ına müxtəlif nömrələrdən yazmağa başlayıb.

Narahatlıqdan bezən İ. Sak məhkəməyə müraciət edib. Hakim 2 ay müddətində K.Özcoşkunun aktrisanın iş yerinə, evinə yaxınlaşmaması və sosial şəbəkə hesablarından narahat etməməsi barədə qərar qəbul edib.

Yeniden eyni hal təkrarlansa, Kadir Özcoşkunun 3 gündən 10 günə kimi həbsi tələb olunacaq. //Lent.az

Vumart və Güvən reklamı Vumart Güvən