Yuxularım ərşə çəkilib - İradə İbrahimova

 20:15 25.07.2020     930

"Ağlını itirməyən neçə nəfər qaldıq görəsən? "Hər saatım, gecəm-gündüzüm ölkəmin vəziyyəti, hadisələrlə başlayıb bitir" demək istəyərdim, amma təəssüf ki, bitmir. Yuxularım ərşə çəkildi. Görəsən, bu gün hansı canımızın canını yaxacaqlar deyə, qorxu içində telefona tərəf baxıram".

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Son günlər cəbhədə baş verən hadisələrdən bəhs edən sənətçi bunları əlavə edib:

"Düşmənlərimizin xain əməlləri ilə bizi, ruhumuzu, enerjimizi aşağıya çəkməyinə, özləri kimi xəstə, canı ruhlu etməməlirə icazə verməməliyik. Hər kəs, hansı peşənin sahibi olursa olsun, fərq etməz, əlindən gələnin ən yaxşısını etməyə çalışsın. Bu millətin torpaqlarının üstündə yaşayan insanların gücünə ehtiyacı var. Bir olaq, ayırmayaq, ayrılmayaq, birləşək, birləşdirək. İstədikləri qədər bizi təkləməyə çalışsınlar, yetər ki, biz bir-birimizi tək qoymayaq. Yıxılanı qaldırmaq vətən borcudur. Gözəl ölkənin gözəl insanlarıyıq biz. Yapışaq bir-birimizdən bütün olaq, tam olaq, bir olaq, təmkinli olaq ki, əksilməyək, çoxalaq". //Axsam.az