"İlk qonağım ölüyuyandır" - Nail Naiboğlu

 04:15 26.07.2020     1636

Rejissor Nail Naiboğlu "Mən adlı" yeni layihə hazırlayır.

Redaktor.az xəbər verir ki, proqramın artıq ilk buraxılışı çəkilib. Nail bildirib ki, "Youtube"da yayımlanacaq videoda şou-biznes nümayəndələri yer almayacaqlar.

"Bezdim onları çəkməkdən. Hər dəfə bir sahədə çalışanları qonaq edəcəm. Qeyri-normal həyat tərzi olanlarla, çox insanın çalışa bilmədiyi sahələrdə fəaliyyət göstərənlərlə söhbət edəcəm. İlk qonağım ölüyuyan, yəni mürdəşirdir" deyə, Nail söyləyib. //Axsam.az