Bu yay kim, harada, necə dincəldi? - Fotolar

 01:22 28.07.2020     1161

Hər il yay mövsümünün başlaması ilə bir çoxları istirahət üçün gedəcəkləri məkan seçiminə başlayır. Kimi Türkiyəyə, kimi rayonlara, kimi də Avropaya üz tuturdu. Bu il isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bir çox ölkələr sərhədləri bağlayıb. Buna görə də hər kəsin istirahət arzusu yarımçıq qalıb.

Redaktor.az xəbər verir ki, yay mövsümündə İnstaqramı istirahət şəkilləri ilə bəzəyən məşhurlar da bu il ənənəsindən kənarlaşıb. Artıq onların əksəriyyəti sosial şəbəkəni rəngləndirən istirahət şəkillərini yayımlamırlar.

Bəs görəsən, məşhurlar bu yayı necə keçirdi?

Xalq artisti Aygün Kazımova yayı Qəbələdə keçirib. Sənətçi həm dincəlib, həm də orada klip çəkdirib.

 

Xalq artisti Miri Yusif hava sərhədləri açılan kimi ailəsi ilə birlikdə türkiyəyə Kuşadasına yollanıb. Müğənni artıq bir aydan çoxdur ki, orada qalır.

 

Müğənni Günay İbrahimli isti yayı öz villasında keçirib. Sənətçi ancaq həyətindəki hovuzda çimməklə günlərini keçirib.

 

Aparıcı Zümrüd Bədəlova isə İnstaqram səhifəsini çimərlik geyimindəki fotoları ilə bəzəyib. O, Novxanıda yerləşən bağ evində dincəlməyi seçib.

 

Rəqqasə Fatimə Fətəliyeva bütün yayı Şüvəlandakı bağında keçirib. Ötən həftəsonunu isə sənətçi ailəsi ilə birlikdə Qubaya yollanıb. O, istirahət fotolarını sosial şəbəkə istifadəçiləri ilə bölüşüb.

 

Prodüser Tarix Əliyev (Tolik) bu yayı Türkiyədə keçirir. İstanbulda evində qalan Tolik bir neçə gün Bodrumda da dincəlib.

 

Müğənni Ayan Babakişiyeva da ailəsi ilə birlikdə Türkiyəyə üz tutub. İstanbuldakı evinə gedən ifaçı Çeşmədə dincəlməyə də yollanıb.

 

Müğənni Elvin Abdullayev isə Qax-da dincəlir. Sənətçi uzun müddətdir ailəsi ilə birlikdə orada yerləşən evinə köçüb.

 

Müğənni Nigar Camal da sosial şəbəkədə çimərlik fotolarını paylaşıb. Sənətçi harada dincəldiyini gizli saxlayıb.

 

Müğənni Gülay Zeynallı isə ailə ilə birlikdə Qəbələyə yollanıb. Sənətçi artıq uzun müddətdir ki, orada qalır.

Müğənni Kərim Abasov da son günlər Türkiyənin Antalya istirahət bölgəsindən yayımladığı fotoları ilə diqqət çəkib. Sənətçi dincəlmək üçün Kəməri seçib. //Axsam.az