Bodrumdan 12 milyona villa aldı - FOTO

 07:28 28.08.2020     451

Aktyor Kıvanç Tatlıtuğ reklamdan qazandığını əmlaka yatırıb.

Redaktor.az xəbər verir ki, sənətçi Bodrumda 7 otaqlı villa satın alıb.

Bu, Tatlıtuğun aldığı ilk ev deyil. Aktyor bütün qazancını əmlaka xərcləyir. Hazırda Kıvanç ikimərtəbəli villanı təmir etdirməklə məşğuldur.

Bunun üçün Tatlıtuğ 12 milyon lirə xərcləyib. Aktyor 10 ildir reklam siması olduğu geyim brendindən bu il 1 milyon avro qazanıb. Sənətçi eyni zamanda böyük alış-veriş mərkəzlərindən birində həyat yoldaşı Başak Dizer üçün də mağaza kirayələyib. //Axsam.az