Gənc aktrisa qəza keçirib

 18:59 28.08.2020     1455

Aktrisa Bensu Soral Göcekdə istirahət zamanı qəza keçirib.

Redaktor.az xəbər verir ki, təcili olaraq İstanbula qayıdan sənətçi həkimə yollanıb.

Soral həyat yoldaşı Hakan Başla yaxta gəzintisinə çıxıb. Ayağı sürüşən aktrisa yıxılıb və zədə alıb. Həkim onun onurğasında yırtıq əmələ gəldiyini bildirib.

Həkim Bensunun 10 gündən sonra ayağa qalxa biləcəyini deyib. //Axsam.az