Vüqar Biləcəri Hökməli qəbristanlığında dəfn olunacaq - FOTO

Tanınmış meyxanaçı Vüqar Biləcəri Hökməli qəsəbəsindəki qəbristanlıqda dəfn olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə meyxanaçının yaxınları məlumat verib.
Bildirilir ki, dünən axşam 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparılan Vüqar Paşayev səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Vüqar Biləcəri "De gəlsin" meyxana yarışması ilə məşhurlaşmışdı.
O, meyxana ilə yanaşı qəzəllər də yazırdı. //Baku.ws




