Nura Surinin oğlu koronavirusa yoluxub

Tanınmış müğənni Nura Surinin oğlu koronavirusa yoluxub.
Redaktor.az xəbər verir ki, sosial şəbəkədə bu barədə məlumat verən müğənni bildirib ki, oğlu ABŞ-da yaşayır:
“Böyük oğlum bir ay əvvəl zəng etdi ki, analizlərində COVİD-19 çıxıb. Təşvişə düşdüm, simptomun olub-olmadığını soruşdum, cavab verdi ki, “yoxdur”.
Səhər baxdım ki, xanımı ilə mağazaya gediblər. Məəttəl qaldım ki, orda karantin yoxdur?!. Dedi ki, 10 gün əvvəl analiz veriblər, cavab indi gəlib. Əgər bu vaxt ərzində simptom olmayıbsa, evdən maska ilə çıxa bilərsən. Əgər simptom varsa, evdə özün müalicə alırsan. Həkim təyinat yazmır.
İki gün sonra isə təkrar analiz verdilər və cavabı neqativ çıxdı. Yəni, Amerikada bu qədər bəsit yanaşma var”.