İzzətdən ARB-dən Xəzər-ə keçməsi xəbərinə münasibət

 22:25 31.08.2020     167

Müğənni İzzət Bağırovun rol aldığı ARB TV-də yayımlanan "Atılmışlar" seralı final edib. İfaçı son günlər "Xəzər TV"dəki paylaşımları ilə diqqət çəkib.

Redaktor.az-a açıqlama verən İzzət bildirib ki, uzun müddət serialda çəkilməyi düşünmür. O, ARB-dən Xəzər-ə keçməsi xəbərlərinə münasibət bildirib:

"Bu, Müşviq Şahverdiyevlə Ənvər Abbasovun birgə layihəsidir. Mən də verilişin bir bölümündə yer almışam. Serial təklifləri çox alıram. Amma hələ bu haqda düşünmürəm. Çünki rejissorlara çətin anlar yaşadıram.

İşlərimin çoxluğundan çəkilişlərə vaxtlı-vaxtında getmirəm. Çəkiliş heyətinə problem yaradıram. Düzdür, indi pandemiyadır, toy, şou-proqram yoxdur. Amma yenidən başlayacaq.

"Atılmışlar" çəkiləndə çətinliklər yaşayırdım. Bütün heyətin çəkilişi mənə görə düzüb-qoşulurdu. Film çəkmək asandır,s erial isə çətin. Ona görə də serial işinə ara verdim". //Axsam.az