Verilişlərə şərt qoyan müğənnilər - SİYAHI

 02:18 02.09.2020     993

Son günlər şou-biznes nümayəndələrinin verilişlərə dəvət alarkən telekanallar qarşısına şərt qoyması müzakirələrə səbəb olub. Bəziləri proqrama tək qatılmaq, bəzisi ona yaxın olan ifaçının çağırlmasını istəyir.

Redaktor.az telekanallara şərt qoyan sənətçiləri təqdim edir:

Siyahıda ilk yerdə müğənni Damla dayanır. Damla verilişə gedərkən ondan başqa ifaçının olmamasını tələb edir. Hətta bəzi hallarda sənətçi studiyanın şar, atəşfəşanlıq və güllərlə bəzədilməsini də tələb edir. Heç bir fəxri adı olmayan Damlanan bu tələbi sənət adamları arasında hər dəfə tənqid edilir. Hətta aparıcılar proqramlarına gələn digər sənətçilərə bunla bağlı suallar ünvanlayıb, qalmaqal yaratmağa çalışırlar. Amma verilişlər digər tərəfdən də onun istəkləri ilə razılaşıb, Damlanı proqrama tək çağırırlar.

 

Əməkdar artist Almaz Ələsgərli də verilişlərə çağrılarkən şərt kəsir. O, yanında ancaq istədiyi qonağın yer almasını tələb edir. Ələsgərli son günlər bütün verilişlərə aktyor cütlük Hüseyn və Gültac Əlili ilə birlikdə qatılır.

Müğənni İzzət Bağırov da son günlər verilişlərə gedərkən onlarla şərt kəsir. Bu haqda ifaçı özü deyib. O bildirib ki, əvvəl buna əhəmiyyət verməsə də, son vaxtlar fikrini dəyişib. O, verilişdə onunla yanaşı yalnız bir müğənni gəlməsini istəyir. İzzət bu tələbini "Birdən çox müğənni çağırırlar. Heç sənə aidiyyatı olmayan ifaçılar yığılır. Nə danışa, nə oxuya bilirsən" sözləri ilə izah edib.

 

Xalq artisti Nəzakət Teymurova verilişlərə ancaq ona yaxın olan muğam ifaçıları ilə qatılmağı tələb edir. Belə ki, müğənni verilişlərə daha çox rəfiqəsi Aygün Bayramova ilə getməyə üstünlük verir.

Müğənni-bəstəkar Ramal İsrafilov da proqramlara gedərkən öz tələblər irəli sürür. Sənətçi proqrama ya tək, ya da öz ailə üzvləri ilə birlikdə qatılır. Eləcə də bibisi, Xalq artisti Mələkxanım Əyyubova. Xanəndə efirlərə ya Ramalla, ya da digər musiqiçi qohumları ilə gəlir.

Xalq artisti Aygün Kazımova verilişlərə artıq uzun müddətdir tək qatılır. Çox az hallarda verilişlərə gələn Kazımova bunun üçün əsasən özəl günləri seçir. //Axsam.az