Onlar hər dəfə geyimlərinə görə tənqid edilirlər - FOTO

 04:07 05.09.2020     382

Şou-biznes nümayəndələri hər zaman geyimləri ilə maraq cəlb ediblər. Bir çoxları onların qatıldıqları verilişləri, yayımladıqları fotoları məhz nə geyindiklərinə baxmaq üçün izləyirlər. Bəzən libası bəyənilənlər də, çox vaxt tənqid edilənlər də var.

Redaktor.az geyimlərinə görə hər dəfə tənqid edilənləri təqdim edir:

Burada ilk sırada müğənni Damla dayanır. Sənətçinin zövqsüz geyimləri həmişə ələ salınır. Amma buna baxmayaraq damla geyim tərzini dəyişməyi düşünmür. Bir-birinə uyğun gəlməyən libas və ayaqqabılar, kofta və şalvarlar, çanta və paltolar sənətçinin qarderobunu bəzəyir. Fərqli paltarlar əvəzinə, Damla hər zaman onlayn satılan reklam qarşılığı pulsuz geyimlərə, brendlərin saxtasına üstünlük verir.

 

Müğənni Şəbnəm Tovuzlunun geyimlərini təkcə izləyiciləri yox, sənət dostları da tənqid edirlər. Onlar ifaçının uyğunsuz, zövqsüz, dəbdən uzaq paltarlarını hər dəfə ələ salırlar. Hətta bu yaxınlarda müğənni Gülay Zeynallı da rəfiqə olduğu Şəbnəmə irad bildirərək, geyimlərini dəyişməsini deyib.

 

Müğənni Xatirə İslam da çox vaxt geyimlərinə görə tənqidçilərin hədəfi olub. Bəzən uyğunsuz geyimləri, bəzən də açıq-saçıq paltarları izləyiciləri tərəfindən tənqid edilən sənətçi bir də artıq çəki alması ilə gündəmdən düşmür.

 

Müğənni Dilarə Kazımova isə hər zaman açıq-saçıq paltarlar geyindiyi üçün tənqid hədəfi olub. Hər dəfə qısa, göbəyiaçıq geyimlərlə fotolar yayımlayan, verilişlərə qatılan sənətçi qınanılıb.

 

Əməkdar artist Nüşabə Ələsgərli də çox vaxt libaslarına görə tənqid edilir. Müğənni çox vaxt dəbdən düşmüş libaslarla tamaşaçı qarşısına çıxır.

Geyimi ilə hər zaman tənqid hədəfi olanlardan biri də Səmra Rəhimlidir. O isə dəbsiz yox, açıq geyindiyi üçün izləyicilərin sevgisini qazana bilməyib. Sənətçi gah şortikdə, gah bodi də, gah qısa ətəkdə, gah da çimərlik geyimində görünür.

Əməkdar artist Rühəngiz Allahverdiyeva isə geyim tərzi və saç düzümü ilə 90-ları xatırladır. Müğənni hər zaman paltarlarını özü tikdiyini bildirir. Onun geyimləri çox qaşlı, bəzəkli olması ilə seçilir.

//Axsam.az