Murad Dadaşov onu da Xəzər TV-yə gətirdi

Rəqqasə-aktrisa Oksana Rəsulova Xəzər televiziyasında aparıcılıq edəcək.
Redaktor.az xəbər verir ki, bu haqda Teleqraf.com-a açıqlamasında Oksana Rəsulovanın özü deyib.
"Xəzər” televiziyasında aparıcılıq edəcəyəm. Veriliş analar və uşaqlar haqqında olacaq. Hələlik ümumi formatı bilmirəm. Hazırda veriliş hazırlanır və yeni mövsümdə efirə gedəcək. Bu haqda geniş açıqlama verə bilmərəm. Bir şeyi deyə bilərəm, aparıcı kimi fəaliyyətə başlayıram".
Qeyd edək ki, “Xəzər” televizyasının rəhbəri Murad Dadaşovdur.