Tanınmış aparıcı ATV-dən "Xəzər"ə keçdi

 10:14 07.09.2020     531

"ATV Xəbər” proqramının aparıcısı Lalə Azərtaş uzun illər sonra çalışdığı telekanalla yollarını ayırır.

Redaktor.az xəbər verir ki, aparıcı iş yerini dəyişmək qərarını alıb. Bildirilir ki, aparıcı yaxın günlərdə efirə "Xəzər” telekanalında çıxmağa başlayacaq.

O, sözügedən telekanalın rəhbəri Murad Dadaşovdan gələn təklifi müsbət dəyərləndirib və tərəflər arasında razılıq baş tutub. //Axşam.az