Onlar bu mövsüm AzTV-də olacaqlar

Yeni mövsümdə Azərbaycan Televiziyasında yeni layihələr start götürəcək.
Redaktor.az xəbər verir ki, müxtəlif məzmunlu 7 layihə sentyabrın ortalarından efirdə olacaq.
“Çöl adamı ilə səyahət”, “Əsrlər, nəsillər”, “Molla Nəsrəddin”, “Əslində biz”, “Peşəkarlar”, “Yüksələn Bakı”, “Orada bir kənd var”, “Repressiya” layihələrinin tanıtım videoçarxları artıq TV-də və sosial şəbəkələrdə yayımlanır. Yeni verilişlər tanınmış simalar - Kamal Dəniz, Fuad Axundov, Dilarə Səlim, Günel Habilqızı və digərlərinin təqdimatı ilə efirə çıxacaq.
Bundan başqa, Azərbaycan Televiziyası yeni mövsümdə tamaşaçılara müxtəlif sənədli filmlər də təqdim edəcək. Onlardan bir neçəsinin çəkiliş prosesi artıq yekunlaşıb. Bəzilərinin isə çəkilişləri davam edir.
Qeyd edək ki, əvvəlki verilişlərin studiyaları yenilənib. Bundan başqa hər biri tamaşaçı qarşısına yeniliklərlə çıxacaqlar. Diqqət çəkən yeniliklərdən biri “Xəbərlər” informasiya proqramında olacaq. //Axsam.az