AĞIR İTKİ ÜZ VERDİ: Məşhur şəxs vəfat etdi / FOTO

 09:28 09.09.2020     522

Britaniyalı dramaturq və ssenari müəllifi Ronald Harvood 85 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur “Pianoçu” filminə görə “Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari” nominasiyası üzrə “Oscar”a layiq görülüb.

O, 2008-ci ildə "Skafandr və kəpənək" filminin ssenarisinə görə isə  “BAFTA” mükafatını qazanıb.

2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi “Cəngavər” titulu verilib. //APA

1