Kamil Zeynallı şəhid generalın övladları ilə görüşdü

 10:06 09.09.2020     663

İdmançı Kamil Zeynallı Tovuzda şəhid olmuş general-mayor Polad Həşimovun övladlarını ziyarət edib.

Redaktor.az xəbər verir ki, idmançı bu barədə İnstaqram səhifəsində xəbər verib.

Kamil Polad Həşimovun övladları ilə fotosunu paylaşaraq bunları yazıb:

"Şəhidimiz Polad Həşimovun övladları - Aybəniz Həşimova, Davud Həşimov və Teymur Həşimov. Dedik, güldük, zarafatlar elədik. Özləri də fəxr edirlər ki, Polad Həşimovun övladlarıdı.

Bəlkə də çox adam qınayacaq ki, niyə gülürsünüz? Biz həmişə gülüb, danışacağıq, sevinəcəyik. Bədbin olub düşmənlərimizi sevindirməyəcəyik".