Əli Mirəliyevin ölüm xəbəri yayıldı

Azərbaycanın tanınmış müğənnisi Əli Mirəliyevin dünyasını dəyişdiyi ilə bağlı xəbər yayılıb.
Redaktor.az xəbər verir ki, yayılan xəbərlərlə bağlı Kult.az-a açıqlama verən müğənni səhhətinin normal olduğunu bildirib.
“Ölüm xəbərimi hansısa vicdansız qəsdən yayır. Səhhətim normaldır. Özümü yaxşı hiss edirəm”, - deyə o bildirib.