Qalmaqallı Amaci qayıdır

 19:23 09.09.2020     300

Bir vaxtların məşhur hind serialı "Bu zalım dünyada doğulma" yenidən efirə qayıdır.

Redaktor.az xəbər verir ki, daha çox baş qəhrəman Amacinin adı ilə tanınan ekran işini "Space" yenidən yayımlayacaq.

2009-cu ildə lentə alınan və 2012-ci ildə Azərbaycanda efirə gedən və yarımçıq kəsilən serialın köhnə bölümləri ilə yanaşı yeni bölümləri də nümayiş olunacaq.

"Bu zalım dünyada doğulma" serialı böyük qalmaqal yaratmış və yarımçıq efirdən qaldırılmışdı.  

Qeyd edək ki, Virpur kəndində baş verən hadisələrin əks olunduğu serialda Meqna Malik, Nataşa Şarma, Aditya Redic, Şikha Pərvin, Şivaqi Şarma və başqaları rol alıblar. //Axsam.az