Fədayə Laçın Rusiyaya köçdü - FOTO

 13:14 10.09.2020     308

Müğənni Fədayə Laçın artıq martdan bu yana Moskvada yaşayır.

Redaktor.az xəbər verir ki, koronavirus infeksiyasının yeni yayılmağa başladığı ərəfədə sənətçi Moskvada konsert və toy şənliyində yer almaq üçün ora yollanıb. Daha sonra sərhədlər bağlandığı üçün Fədayə Laçın geri qayıda bilməyib.

Oğlum ilə birlikdə kirayə ev tutan ifaçı artıq 7 aydlr orada qalır. Hər dəfə sosial şəbəkədə izləyicilərinin bunla bağlı suallarını cavablandıran müğənni, "Yollar bağlıdır, açılanda gələcəm. Bakıdan köçməmişəm" cavabını verib.

Əldə etdiyimiz məlumata görə, F. Laçın sərhədlər açılandan sonra da Bakıya qayıtmamaq qərarı verib. Yaradıcılığına da orada davam edən sənətçi hər gün toy və digər şənliklərdə çıxış edir. //Axşam.az

1

1

1

1

1