Xalq artistinin həyat yoldaşı koronavirusa yoluxub

 12:13 17.09.2020     436

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, rusiyalı opera ifaçısı Anna Netrebko koronavirusa yoluxub.

Redaktor.az-ın xəbərinə görə, müğənni xəstəxanaya yerləşdirilib. Bu barədə sənətçi özü "İnstagram" səhifəsində məlumat verib:

 "Artıq beş gündür xəstəxanadayam. Xəstələndiyimi hiss edən kimi dərhal özümü izolyasiya etmişdim. Xəstəxanaya vaxtında gəldim".

Müğənni həyat yoldaşı Yusif Eyvazovda antitel olduğunu, oğlunun isə sağlam olduğunu bildirib.

Xatırladaq ki, 10 gün öncə Moskva Böyük Teatrında onu iştirakı ilə keçirilməli olan "Don Karlos" tamaşasının nümayişi təxirə salınmışdı. Buna səbəb baş rollardan birinin ifaçısında koronavirusun aşkarlanması idi. //Baku.ws

Vumart və Güvən reklamı Vumart Güvən