Keti Perri ölümlə hədələnib

 04:22 18.09.2020     1098

Bu yaxınlarda ana olan müğənni Keti Perri Uilyam Terri adlı şəxsin onu və ailəsini ölümlə hədələdiyini etiraf edib.

Redaktor.az xəbər verir ki, 35 yaşlı ulduz həmin şəxsin uzun müddət onu təqib etdiyini və bu səbəbdən öz evinə də getməyə qorxduğunu açıqlayıb:

“Terri sentyabrın 8-də Beverli-Hillsdəki evimin hasarından tullanıb həyətə girdi. Bunu görən təhlükəsizlik xidmətinin işçiləri ona getməyi əmr etdi. Lakin o əmrə tabe olmadı. Polislər hadisə yerinə gələndə onu həbs etdilər.

Qeyd edək ki, oxşar hadisə avqustda da baş vermişdi. Sosial şəbəkələrdə Ketini ölümlə hədələyən Terri, müğənninin aktyor həyat yoldaşı Orlando Blumun da boynunu sındıracağını vəd etmişdi. //Axşam.az