SON DƏQİQƏ: Məşhur aparıcı vəfat etdi

 08:38 21.09.2020     1008

Rusiyanın məşhur televiziya aparıcısı və aktyor Mixail Borisov ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Belə ki, halı qəflətən pisləşən 71 yaşlı aktyor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, M.Borisov illər öncə aparıcısı olduğu “Rus lotosu” verilişi ilə yaddaşlarda qalmağı bacarmışdı. //Axar.az