Piyadaları vuran azərbaycanlı reper saxlanıldı - YENİLƏNİB

 22:56 23.09.2020     1124

Rusiyanın Taqansk Rayon Məhkəməsi tərəfindən Moskvanın mərkəzində yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı reper Elmin Quliyev barəsində iki ay - noyabrın 21-ə kimi həbs qəti imkan tədbiri seçilib.

Redaktor.az xəbər verir ki, E.Quliyev məhkəmədə təqsirini etiraf edib. O, bildirib ki, musiqidən əldə etdiyi gəlirdən zərərçəkənlərə təzminat ödəməyə hazırdır. Müdafiə tərəfi hakimdən reperi ev dustaqlığı şərti ilə azadlığa buraxmağı xahiş edib, lakin məhkəmə bu vəsatəti rədd edib. 

*******

Rusiyanın Moskva şəhərində üç piyadanı vuran azərbaycanlı saxlanılıb.

Redaktor.az xəbər verir ki, “Infiniti” markalı avtomobilin sürücüsü Elmin Quliyev tutulub. Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, dünən axşam saatlarında “Infiniti” markalı avtomobil “Mercedes”lə toqquşub. Nəticədə “Infiniti” səkidə olan piyadaların üstünə çıxıb.  Qeyd olunur ki, Elmin Quliyev maşını qırmızı işıqda, yüksək sürətlə idarə edib.

Qəza nəticəsində dörd nəfər yaralanıb, onların üçü xəstəxanaya yerləşdirilib. Bir nəfər isə xəstəxanaya getməkdən imtina edib. Digər zərərçəkənlərin ikisi - bir kişi və bir qadın piyada, digəri “Infiniti”də olan qadın sərnişindir.

Qeyd edilib ki, qəza törədən avtomobilin sürcüsü 26 yaşlı reper Elmin Quliyev ELLEY səhnə adı ilə tanınır.