Fransalı məşhur aktrisa vəfat edib - FOTO

 06:15 25.09.2020     1025

Fransalı məşhur müğənni-aktrisa Julyett Qreko vəfat edib.

Redaktor.az xəbər verir ki, 94 yaşlı sənətçi ötən gecə öz evində dünyasını dəyişib. Qrekonun ölüm səbəbi barədə isə heç bir məlumat verilməyib.

Qeyd edək ki, o, "Orfey", "Yelena və kişilər", "Günəş yenə doğacaq", "Böyük oyun","Tom dayının koması", "Generallar gecəsi", "Lili, məni sev" kimi filmlərdəki obrazları ilə məşhurlaşıb. //Axşam.az

2222