Bakıda məşhur şəxsin restoranda əyləncə məclisi... - VİDEO

 11:07 26.09.2020     1441

Bakıda karantin qaydalarının növbəti dəfə pozulması halı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Aqşin Nəcəfov adlı sosial şəbəkə istifadəçisi İnstaqramda canlı yayım açaraq, dostları ilə restoranda əyləndiklərini bildirib. O qeyd edib ki, Bakıda eyni masada 6 nəfərin əyləşməsinə icazə verilsə də, onların sayı 15 nəfərdir. Məclisdə tanınmış DJ Roşkanın da iştirak etdiyi görünüb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə əsasən, restoranlarda hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağandır. //Axşam.az