Məşhur vokalçı Eldar Əliyev son mənzilə yola salınıb

 17:18 02.10.2020     518

İtaliyada vəfat etmiş məşhur azərbaycanlı vokalçı, böyük istedadı, bənzərsiz səsi ilə dünya opera səhnələrini fəth etmiş Eldar Əliyev avqustun 23-də Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldı.

Mədəniyyət Nazirliyindən Redaktor.az-a bildirilib ki, dünya şöhrətli opera müğənnisinin nəşi Azərbaycan və İtaliya hökumətlərinin birgə əməkdaşlığı, Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə Vətənə gətirilmişdir.

Vida mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə dostları iştirak edirdi.