Gənc aktyor üzgüçülük hovuzunda boğuldu - VİDEO

 00:20 09.10.2020     492

Rusiyanın paytaxtı Moskvada 26 yaşlı aktyor Rinat Kafiyatullin hovuzda faciəvi şəkildə həlak olub.

Redaktor.az xəbər verir ki, hadisə anbaan idman kompleksinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Ətrafda olan şəxslər onu hovuzdan çıxarıb ilkin yardım etməyə çalışıb və təcili tibbi yardım xidmətinə zəng ediblər.

Hadisə yerinə gələn həkimlər gənc aktyorun ölüm faktını qeydə alıb.

Qeyd olunur ki, R.Kafiyatullin nadir genetik xəstəlikdən əziyyət çəksə də, bunu digər insanlardan gizlədib. //Oxu.az