"Ağca"nın gerçək həyatdakı prototipi vəfat etdi

 04:47 23.10.2020     689

Məşhur xoreoqraf, rəqqasə və aktrisa, Mardj Çempion vəfat edib.

Redaktor.az xəbər verir ki, 101 yaşlı aktrisanın siması Uolt Disneyin məşhur cizgi filmi "Ağca və yeddi cırtdan"ın yaranmasına səbəb olub.

1937-ci ildə Mardj Çempionun simasını cizgi filminin əsas obrazı kimi təsdiq edən Uolt Disney, mərhum aktrisanın atası, xoreoqraf Ernest Belçer ilə dost olub. U.Disney gənc Mardjın simasını çəkəcəyi cizgi filmində model kimi istifadə edib.

Qeyd edək ki, Mardj Çempion həmçinin "Cırtdan Dopi" və "Pinokkio" cizgi filmində "Mavi pəri" obrazının da modeli olub.

AğcaAğcaAğcaAğca//Open.az