"Biz çox ağlamışıq, indi siz ağlayın" - Nərgiz Cəlilova

 00:38 22.11.2020     311

"Göz yaşı selində qarışır hisslər. Unutmadıq, elə ona görə də qalib gəldik".

Redaktor.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova İnstaqram hesabında yazıb. Aparıcı qələbə ilə paylaşımına bunları əlavə edib:

"Lakin sakitləşmək olmaz. Mübarizəmiz, vətənə sadiqliyimiz, yaxşı əməllərimiz, dürüstlüyümüzlə, bir-birimizə sevgi və qayğımızla, gücümüz, birliyimizlə davam etsin. Bu, gəlişi gözəl sözlər deyil. Bu, uzun illər arzuladığımız, ehtiyac duyduğumuz qalibiyyət hissinin təzahürüdür.

Nə oldu bəs, Ağdam, Füzuli sizin idi? Sən bunlarda iştaha bax... Xəyalları qurxasığında qalan aciz millət. Biz çox ağlamışıq, indi siz ağlayın. Özgənin torpaqlarını işğal etməyin nə olduğunu anlayın ki, bir də bunu etməyəsiniz".