Roza Zərgərli qızı ilə bağlı xəbərdən danışdı - "Qanun qarşısında cavab verəcəklər!

 18:44 23.12.2020     4615

“Qızım Bənövşə Allahverdiyeva haqqında yayılan məlumatlar yaladır. Nə adı çəkilən şəxs Bənövşəyə ev bağışlayıb, nə onun yanında intihar edib”.

Bu sözləri Redaktor.az-a açıqlamasında müğənni Roza Zərgərli qızı haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib. O, bəzi jurnalistlərin qızı haqqında həqiqətə uyğun olmayan, böhtan məlumatlar yazdığını bildirib:

“Bir insan jurnalist hüququndan, səlahiyyətinindən sui-istifadə etməməlidir.  Mən yersiz sözlər işlətmək istəmirəm. Nəticədə hər kəs öz qabiliyyətinə görə hərəkət edir.

Qısa olaraq onu deyə bilərəm ki, adı çəkilən Ramin Əliyevi tanımıram. O, qızıma nə mənzil bağışlayıb, nə də onun yanında intihar edib. Bənövşə bu hadisə ilə bağlı polisə də çağrılmayıb.

Yayılan xəbərlər uydurma, yalan və böhtandır. Bu məlumatları yayanlar birinci Allah qarşısında, sonra isə qanun qarşısında cavab verəcəklər”.

Qeyd edək ki, təxminən bir ay əvvəl iş adamı 36 yaşlı Ramin Əliyev adlı şəxs intihar edib. Bu gün bəzi saytlarda intihar edən şəxsin Roza Zərgərlinin qızı Bənövşə Allahverdiyevlə sevgili olduğu, intiharı da onun yanında etdiyi haqda məlumat yayılmışdı.