Arıqlamağı başına bəla oldu

 04:11 07.01.2021     134

Aparıcı Seren Serengil səhhəti ilə bağlı açıqlama verib.

Readktor.az bildirir ki, arıqlamaq üçün əməliyyat olunan Seren 70 kiloqramdan 46-ya qədər çəki atıb. Hazırda isə aparıcının səhhətində ciddi problemlər yaranıb.

“Çox yemək yeməyimə baxmayaraq, çəkim yenə də azalır. Buradan arıqlamaq istəyən xanımlara səslənirəm: Allah hər bir qadını gözəl yaradıb. Ona gözəl qaş, göz verib. Biz plastik əməliyyatlar etdirərək səhhətimizdə problemlər yaradırıq. Buna görə də bu mövzuda heç kimə örnək olmaq istəmirəm. Çox səhv qərar verdim. Siz belə etməyin”, - deyə Seren bildirib. //Axşam.az