Evində ölü tapılan model intihar edibmiş

2020-ci ilin son günlərində vəfat edən məşhur supermodel Stella Tennanın ölüm səbəbi bəlli olub.
Redaktor.az xəbər verir ki, bu barədə modelin qohumu "The Telegraph" nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, uzun müddət psixi problemlərlə mübarizə aparan 50 yaşlı model intihar edib.
Qeyd edək ki, supermodel dekabrın 22-də Şotlandiyadakı evində ölü halda tapılıb. Onun dörd övladı var. //Axşam.az