Demet sevgilisiylə ilk fotosunu paylaşdı - FOTO

 08:45 10.01.2021     112

Hazırda "Doğduğun ev kaderindir" serialında rol alan aktrisa Demet Özdemir yeni sevgilisi, müğənni Oğuzhan Koç ilə ilk dəfə fotosunu paylaşıb.

Redaktor.az xəbər verir ki, aktrisa birgə şəkillərini İnstaqramın hekayəsində yayımlayıb.

Cütlüyün görüntüsü sosial şəbəkədə böyük marağa səbəb olub.

Qeyd edək ki, münasibətlərini gizli saxlayan sevgililərin birlikdə olduğu Yeni il gecəsi məlum olub. Onlar bayramı birgə qeyd ediblər.

Qeyd edək ki, aktrisa Oğuzhan Koçun keçmiş sevgilisi Yağmur Tanrısevsin ilə rəfiqə idi. //Axşam.az