Xatirə telekanallardan pul istəyir

 01:50 18.02.2021     146

"Ölkəmizdə olan proqramların hər birini maddi tərəfdən təmin edən qurumlar var. Yəni efirə pul ödəyən sponsorlar... Düşünürəm ki, oradan aparıcılarımız, operatorlarımız, redaktorlarımız və bir çox insanlar qonarar aldığı kimi, o verilişlərdə olan sənət adamlarına da qonorar ayrılsın. Verilişlərimizin hamısını müğənnisiz təsəvvür etsək, sizcə, maraqlı olar?".

Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam açıqlamasında bildirib. O, efirlərə çıxmaq üçün pul tələb etdiyini söyləyib:

"Dünyanın hər yerində məşhur insanlar efirə qonorar alıb gedir. İstərdim ki, inkişaf etmiş Azərbaycanımızda da bu cür olsun. Xüsusilə onu vurğulamaq istəyirəm ki, bu, aparıcılar və kanal rəhbərləri canım qədər sevdiyim insanlardır. Əminəm ki, heç vaxt mənim bu qərarımdan inciməzlər. Bu addım isə mənim iş prinsipimdir. Bu addımı ilk mən atıram, necə qarşılanacağını isə təxmin etmişəm". //Axşam.az