"Bügünkü dünyaya övlad gətirməzdim" - Nura Suri / VİDEO

 06:15 18.02.2021     357

"Yaşım az olsa idi, indi ailə qursaydım, mən bu dünyaya övlad gətirməzdim. Hazırda gördüyüm, bügünki dünyaya bir insan bəxş etməyə qıymazdım".

Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri "10-da görüşək" proqramında deyib. Sənətçi bu barədə düşüncələrinin fərqli olduğunu bildirib: 

"Övladlarıma da onu demişəm, başa salmışam. Tutaq ki, mən valideyn olmaq istəyirəm deyə, dünyaya övlad gətirirəm. Amma o insanın bundan sonrakı həyatı necə olacağı barədə çox götür-qoy etmək lazımdı. Yəni ki, bugünkü gün yüz ölçüb, bir biçmək lazımdır. Tam hazır olduqdan sonra dünyaya uşaq gətirmək olar".

Nura Suri karantin bitdikdən sonra böyük məkanda övladına toy da edəcəyini qeyd edib. //Axşam.az 

Vumart və Güvən reklamı Vumart Güvən