Azərbaycanlı musiqiçi ŞOK FAKT açıqladı - "Məni məcbur apardılar ki..." / VİDEO

 15:51 22.02.2021     878

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu övladlarını görə bilmədiyini deyib. 

Redaktor.az xəbər verir ki, həyat yoldaşı İnci xanımdan ayrılan ifaçı  "ATV maqazin onlarla" proqramına şok faktlar açıqlayıb:

"Ayrılmaq addımı mənim istəyimlə atılmayıb. Məni məcbur edib ora aparıblar ki, sənədləri yazım".

Musiqiçi keçmiş həyat yoldaşının ona uşaqlarını görməyə icazə vermədiyini deyib

"İki qızım var. İndi onları görə bilmirəm. Övladlarımın səsinə həsrət qalmışam. Hər gün gedərdim yanlarına. İndi isə anaları sağ olsun, onun sayəsində uşaqlarımı görə bilmirəm. İstəməzdim uşağı mənə qarşı silah olaraq istifadə etsinlər. İnanıram ki, hər şey yaxşı olacaq, qızlarım böyüyüb başa düşəcəklər, qayıdacaqlar yanıma. Mən onların gələcəyi üçün hər şey etmişəm. İki qızıma da hazırda yaşadıqları mənzildən başqa ev hədiyyə etmişəm. Onları aparıb-gətirmək üçün avtomobil də almışam".

Qeyd edək ki, H.Məhəmmədoğlu aktrisa Aysel İbrahimova ilə ikinci dəfə ailə həyatı qurub.

Aysel Hacıyeva / Redaktor.az