Faiq Ağayev: Qız uşağı doğulmasın deyə... - AÇIQLAMA

Xalq artisti Faiq Ağayev intihar edən 20 yaşlı Sevil Atakişiyeva haqqında fikirlərini bildirib.
Redaktor.az xəbər verir ki, sənətçi bu barədə şəxsi “İnstagram” hesabında paylaşım edib:
"Nə kimi əməlisalehlik etmisiniz ki, bu həyatda?
- Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyib, bəraət qazandırdınız.
- Zorlanan qıza yox, cinayətkara can yandırdınız.
- Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçitək göz dikib, "haramla yığıb da!" dediniz.
- Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.
- Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.
İndi də intihar edənləri araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz”.
Yaradana ən böyük itaətsizlik edənin, Ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar”.
Aysel hacıyeva / Redaktor.az